Türkiyənin yük maşını Sevan-Yerevan yolunda – FOTO

Sosial şəbəkələrin Ermənistan seqmentində qalmaqal yaşanıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Sevan-Yerevan yolunda Türkiyə və Qazaxıstan bayraqları olan yük maşınının hərəkəti ciddi etirazlar doğurub.

 

Erməni internet istifadəçiləri baş nazir Nikol Paşinyanı yanlış iqtisadi siyasət yürütməkdə ittiham ediblər.