Türkiyə İraqın şimalında antiterror əməliyyatı keçirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pençe-Şimşek” bölgəsində antiterror əməliyyatı keçirib.

 

LAF TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Antiterror əməliyyatı nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gün İraqın şimalında terrorçuların açdığı atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub, daha bir hərbçi isə yaralanıb.