Kərim Vəliyev Anıtqəbiri ziyarət edib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

Bu barədə LAF TV  Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.