Yaraları sağalmamış döyüşə qayıtdı. Şuşa uğrunda savaşda şəhid oldu

Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrin Baş çavuşu Vüqar Əkbərov 44 günlük savaşda qəhrəmanlığı ilə tarix yazdı.

Müharibənin ilk günlərində səs -sorağı Füzuli, Cəbrayıl, Zəngilan, Hadrutdan və ən sonunda Şuşadan gəldi. Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yara aldı. Hospitalda müalicəsini yarımçıq qoyub, yenidən döyüş meydanına atıldı.

 

Atasının “sağal, sonra yenidən döyüşə qayıdarsan” sözünə cavabı isə belə oldu:” Ata, halallıq ver. Mənim dostlarım döyüşdəykən, mən xəstəxanada qala bilmərəm”. Şuşanın azad olunmasına saatlar qalmış Şuşa uğrunda döyüşlərdə şəhid oldu Vüqar.

 

Bu gün doğmaları, bütün el-oba onun ad gününə toplasdı. 31 yaşını əzizləri onun məzarı başında qeyd etdi. Vüqar ölümündən sonra ” Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, ”Şusanın azad olunmasına görə” medalları ilə təltif olunub. Vüqar Əkbərov doğulduğu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

 

Allah rəhmət eləsin!