Selçuk Bayraktar: “Qarabağdakı müharibədən sonra Türkiyənin PUA-larına maraq çox artıb”

“Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (PUA) dünyada böyük maraq var”.

Bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Anadolu” agentliyinə açıqlamasında deyib.

O bildirib ki, xüsusən İdlib və Qarabağdakı müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-sına maraq çox artıb.

“Hətta bəzən elə olur ki, “Bayraktar TB2” üçün sifarişləri yerinə yetirməkdə çətinlik çəkirik”, – deyə S. Bayraktar qeyd edib.

O, indiyə qədər 10-dan çox sazişin imzalandığını vurğulayıb.