Türkiyə Milli Müdafiə Nazirliyi: “Bu il 1 865 terrorçu zərərsizləşdirilib”

Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ay ərzində 22 daxili və sərhədlərarası əməliyyat həyata keçirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2015-ci ildən bəri 18 455 terrorçu, bu ilin əvvəlindən isə 1 865 terrorçu zərərsizləşdirilib:

“Bu günə qədər İraqın şimalındakı Metina və Avasin-Basyan bölgələrində 244 terrorçu zərərsizləşdirilib, 25 186 adamın sərhədi keçməsi qadağan edilib”.