Bu il tələbə adını qazanan gənclərimiz arasında şəhidlərimizin də övladları var – Siyahı+ FOTOlar

Bu il tələbə adını qazananlar arasında şəhid övladları da var. Laf tv.az olaraq, onların adlarını və fotolarını oxucularımıza təqdim edirik:

1.Milli Qəhrəman, İyul döyüşlərində şəhid olan general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub.

 2. Vətən müharibəsində şəhadətə ucalan mayor Elçin Alıyevin oğlu Orxan Alıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası məşqçi ixtisasına qəbul olub.

3. İyul (Tovuz) döyüşlərində şəhid olan mayor Anar Novruzovun qızı Firuzə Novruzova Xəzər Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olunub.

4. Vətən müharibəsi şəhidi Zülfüqar Fərəcovun oğlu Əmrah Fərəcov Texniki Universitetə qəbul olunub.

5. Vətən müharibəsində şəhadətə qovuşan leytenant Azər Şəmilovun oğlu Fədayət Şəmilov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinə qəbul olub.

6. Aprel döyüşləri şəhidi mayor Rasim Məmmədovun qızı Aysu Məmmədova qardaş Türkiyənin Bilecik Universitetinin Maliyyə fakültəsinə qəbul olub.

Təbriklər və uğurlar!