“Taliban” Pəncşirdə hərbi əməliyyat keçirməyə qərar verib

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətində hərbi əməliyyat keçirməyə qərar verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb müqavimət qüvvələri ilə danışıqların uğursuz olmasıdır.

Əməliyyatların başlanacağı konkret tarix məlum deyil.

Qeyd edək ki, Pəncşir vilayətində Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin müqavimət qüvvələri toplaşıb.