Təlimlərdə iştirak edəcək Azərbaycan hərbçiləri Türkiyədədir

“TurAz Şahini – 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb.

Bu barədə LAF TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.