Hulusi Akar: “Ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyik”

Millətimizi terror bəlasından xilas edəcəyik

 

LAF TV Türkiyə mediyasına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlamasında bildirib

 

“Ölkəmizin və millətimizin birliyi, bütövlüyü, suverenliyi və müstəqilliyi, xalqımızın və sərhədlərimizin təhlükəsizliyi üçün sonuna qədər mübarizə aparacağıq. Ən önəmli vəzifəmiz terrorla mübarizədir. Terrorçu haradadırsa, hədəfimiz oradır. Ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyik. Millətimizi terror bəlasından xilas edəcəyik”, – Akar bildirib.