Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək – Tarix açıqlandı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabr ayında Azərbaycana işgüzar səfər edəcək.

O, Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında iştirak edəcək.

Səkkizinci toplantı çərçivəsində iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi məqsədilə Azərbaycan-Gürcüstan biznes forumu da təşkil olunacaq.

Qeyd edək ki, hər iki ölkənin baş nazirlərinin həmsədri olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci ilin dekabrın 20-də Tbilisidə baş tutub. /Report