Vaqif Dərgahlıya və Anar Eyvazova yeni vəzifə verildi

Polkovnik Vaqif Dərgahlıya və polkovnik-leytenant Anar Eyvazova yeni vəzifə verildi

 

Bu barədə LAF TV-yə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

 

Müdafiə nazirinin digər müvafiq əmri ilə  Mətbuat Xidmətinin rəisi vəzifəsi isə xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.