Rusiya XİN başçısı:”Baydenin bəyanatı doğrudursa, dünyada sakitlik olacaq”

“Baydenin bəyanatı doğrudursa, dünyada sakitlik olacaq”.

 

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Əgər Baydenin başqa ölkələrin işlərinə mane olmamaq barədə bəyanatı doğrudursa, deməli, dünyada sakitlik olacaq. Rusiya Mərkəzi Asiyadakı əməkdaşları ilə birgə Əfqanıstanda vəziyyətin nizamlanmasında birgə fəaliyyət göstərmək məsələsi üzərində işləyir”, – o qeyd edib.

 

Rusiyanın Bayden və Makronun digər ölkələrə demokratiya gətirməyin dayandırılmasının qaçılmaz olması barədə bəyanatlarını məmnuniyyətlə qarşıladığı vurğulanıb.