Rusiya, Çin, ABŞ və Pakistan Kabildə görüşə hazırlaşır

Rusiya, Çin, ABŞ və Pakistan Kabildə Əfqanıstanla bağlı görüş keçirəcəklər.

 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib.

 

Bildirilib ki, vəziyyətin stabilləşməsindən və aeroportun fəaliyyətinin bərpa edilməsindən sonra tərəflər Əfqanıstanın paytaxtı Kabil şəhərində görüş keçirəcəklər.

Görüşdə Əfqanıstanla bağlı məsələlər müzakirə ediləcək.