Cebhe.info 6 yaşında

“Cümhuriyət” qəzetinin bərpasından da 6 il ötür Bu gün Azərbaycan mediasında özünəməxsus yeri olan Cebhe.info xəbər portalı 6 yaşını qeyd edir.

 

1 sentyabr eyni zamanda, “Cümhuriyət” qəzetinin bir neçə illik fasilədən sonra yenidən nəşrə başladığı gündür. Medianın təməl prinsiplərinə daim əməl edən Cebhe.info saytı 2015-ci ilin 1 sentyabrından fəaliyyətə başlayıb. Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, Güney Azərbaycanda, Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları, araşdırmalara xüsusi yer ayrılır. Cebhe.info internet xəbər portalı və “Cümhuriyət” qəzeti siyasi və sosial qruplara qarşı münasibətdə obyektivlik, tərəfsizlik və dəqiqlik prinsiplərindən çıxış etdiyinə görə sabit oxucu kütləsinə sahibdur. Bu isə xəbər portalının həm də istinad mənbəyinə çevrilməsində xüsusi rol oynayır. Saytın gündəlik 40 mindən çox izləyicisi var, sosial şəbəkələrdə hesabları fəaliyyət göstərir. Bunlarla yanaşı, artıq bir neçə aydır ki, “Cebhe TV” də günün aktual mövzuları ilə tamaşaçı kütləsinə xitab edir.

Xatırladaq ki, “Cebhe.info xəbər portalının və “Cümhuriyət” qəzetinin baş redaktoru media eksperti, uzun illər mətbuatda imzası ilə tanınan Rəfail Becanovdur. Məhz saytın və qəzetin bu səviyyəyə çatmasında onun qurucusu Rəfail Becanovun və redaktorların – Elnarə Kərimova ilə Anar Telmanoğlunun böyük əməyi var.