ABŞ rəhbəri Əfqanıstandan təxliyə zamanı həlak olan amerikalıların sayı açıqladı

ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandan ordunun çıxarılmasının başa çatması ilə əlaqədar televiziya ilə etdiyi çıxışında təxliyə zamanı həlak olan amerikalıların sayını açıqlayıb.

 

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Bayden bildirib ki, təxliyə zamanı 13 amerikalı əsgər həlak olub, daha 20-i yaralanıb.

Onun sözlərinə görə, qoşunların çıxarılması və təxliyə edilməsi əməliyyatı müharibə deyil, mərhəmət missiyası idi.

ABŞ Prezidenti ordunun Əfqanıstandan çəkilməsini uğurlu bir missiya adlandırıb:

“Dünən gecə ABŞ 20 illik Əfqanıstan müharibəsinə son verdi. Amerika tarixində ən uzun müharibə, tarixdəki ən böyük hava təxliyəsi əməliyyatını tamamladıq”.