ABŞ-dan Ukraynaya 60 milyonluq hərbi yardım…

ABŞ Vladimir Zelenski ilə Co Baydenin görüşü ərəfəsində Ukraynaya 60 milyon dollara qədər hərbi yardım vəd edir.

LAF TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Ukraynaya yardım paketi sərhəddə Rusiya hərbi fəaliyyətinin əhəmiyyətli dərəcədə artması, habelə minaatan hücumları, atəşkəsin (Donbasda) pozulması və digər təxribatlar səbəbindən lazımdır”,- məlumatda bildirilib.