Vladimir Zelenski ABŞ-da işgüzar səfərdədir

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a işgüzar səfərə gəlib.

 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, o, sentyabrın 1-də Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

 

“Səfərin gündəliyində iki ölkə liderlərinin təkbətək formatda və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü nəzərdə tutulub”, – məlumatda deyilir.