Rusiya prezidenti Paşinyanın zənglərinə cavab vermir?

Gorus-Qafan avtomobil yolunun bağlanmasından sonra Ermənistan baş naziri Nikol Paşinyan iki gün Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışıb. Lakin, Rusiya prezidenti baş nazirin zənglərinə cavab verməyib.

 

LAF TV virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazıb.

Qeyd edək ki, 25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalmış, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

Sərhədçiyə hücumdan sonra Azərbaycan ərazinin təmizlənməsi üçün lazımi əməliyyat tədbirləri həyata keçirib və hərəkətin tənzimlənməsi üçün lazım olan addımları atıb.