KTMT baş katibi: “KTMT müdafiə siyasəti yürüdür Əfqanıstana qoşun yeritməyi planlaşdırmır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müdafiə siyasəti yürüdür və Əfqanıstana qoşun yeritməyi planlaşdırmır.

 

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu KTMT-nin Baş katibi Stanislav Zas “Mir 24” telekanalının efirində deyib.

“Bu tamamilə əsassız əndişədir. KTMT istisnasız olaraq müdafiə xarakterli hərbi-siyasi təşkilatdır. Təşkilat ancaq KTMT-nin cavabdeh olduğu zonalar çərçivəsində kollektiv müdafiə qüvvəsi tətbiq edə bilər”, – deyə S. Zas KTMT-nin Əfqanıstana qoşun yeridib-yeritməyəcəyi ilə bağlı suala cavabında