Ararat Mirzoyan:”Azərbaycanla sülh müqaviləsi barədə danışıqlar aparmırıq”

“Hazırkı mərhələdə Azərbaycanla sülh müqaviləsinin imzalanması barədə danışıqlar aparmırıq”.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Erməni nazir sülh müqaviləsi imzalanarsa, sənəddə Dağlıq Qarabağın statusuna dair bəndin yer almalı olduğunu əlavə edib.