Taliban Makronun təklifini rədd etdi

Humanitar əməliyyatların bitməsi üçün Kabildə təhlükəsizlik zonasının yaradılmasına ehtiyac yoxdur.

LAF TV Axar.az-a istinadən  xəbər verir ki, bunu Talibanın rəsmi nümayəndəsi Süheyl Şahin deyib.

“Buna ehtiyac yoxdur. Əfqanıstan müstəqil ölkədir. Fransa və Britaniya ilə belə zona yaratmaq olarmı?” – deyə o bildirib

Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron təhlükəsizlik zonasının yaradılmasını təklif etmişdi.