Rusiya XİN: “Əfqanıstanla bağlı Britaniya ilə əməkdaşlığa hazırıq”

Rusiya Xarici İşlər Nazirliyi ölkəsinin Əfqanıstan mövzusunda Böyük Britaniya ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Bu barədə Rusiya XİN-dən bildirilib.

“Rəsmi London hansı ölçüdə əməkdaşlığa hazırdırsa, Rusiya da Əfqanıstanla bağlı o səviyyədə Böyük Britaniya ilə əməkdaşlığa hazırdır”, – məlumatda qeyd edilib.

Bildirilib ki, həmçinin vaksin sertifikatlarının tanınması məsələsi müzakirə mövzusudur.