“PUA-ları görürdük, polkovnik əmr verdi ki…” – Erməniləri şok salan olay

Ermənistanın N saylı hərbi hissəsinin komandiri, döyüş hazırlığı üzrə müavini Andranik Veranyanın cinayət işi üzrə aparılan istintaq zamanı yeni faktlar üzə çıxıb.

LAF TV teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan Feysbuk səhifəsində yazıb.

O, çox sayda əsgər və 2 zabitin Veranyanın məsuliyyətsizliyinin qurbanı olduğunu iddia edib.

Gorus qarnizonunun hərbi prokurorluğunun irəli sürdüyü ittihama görə, Andranik Veranyan Azərbaycanla 44 günlük müharibədə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Veranyan barəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ittiham irəli sürülüb. O, bu ittihamlar üzrə 7 ildən 13 ilə qədər həbs cəzası ala bilər.

İttihamnamədə o 2-si zabit olmaqla, 17 hərbçinin ölümündə təqsirli bilinir.

Məlumata görə, müharibə vaxtı hərbçilərin Cəbrayıldan çıxarılması zamanı komandir Taron Nikoqosyan əsgərlərin yük maşınından düşürülməsinə qərar verib. Həmin vaxt polkovnik-leytenant, hərbi hissə komandirinin döyüş hazırlığı üzrə müavini Andranik Veranyan gəlib və dayanmaq əmri verən Nikoqosyanla mübahisə edib. Ona yuxarıda Azərbaycan PUA-larının uçduğunu, bunun hərəkətdə olan yük maşını üçün təhlükəli olduğunu deyiblər.

Veranyan irəliləmək əmrini verib, bundan sonra PUA zərbə endirib, nəticədə 17 hərbçi ölüb.

Olayın videogörünütsü həmin hadisədə sağ qalan yeganə əsgər Armen Akopyan tərəfindən lentə alınıb.