Ombudsman: “Azərbaycan bu gün də hərbi təxribatlardan əziyyət çəkir”

“Azərbaycan bu gün də hərbi təxribatlardan əziyyət çəkir”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, Ermənistanın qeyri-qanuni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxmaması, onların diversant qrupları tərəfindən baş vermiş təxribatlar regionada sülhün bərpa edilməsinə qarşı çox böyük təhlükədir.