Fransa və Böyük Britaniya Kabildə təhlükəsiz zona yaradılması üçün BMT-yə müraciət edəcək – VİDEO

Fransa və Böyük Britaniya avqustun 30-da Əfqanıstanın paytaxtı Kabildə humanitar əməliyyatların müdafiəsi üçün təhlükəsiz zona yaradılmasıyla əlaqədar BMT-yə müraciət edəcək.

Bunu “Le Journal du Dimanche” qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron bildirib.

E. Makron hesab edir ki, bu təhlükəsizlik zonası beynəlxalq ictimaiyyətə radikal “Taliban” Hərəkatına təzyiqi davam etdirməyə imkan yaradacaq.

BMT Təhlükəsizlik Şurasının 5 üzvü – ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya avqustun 30-da Əfqanıstandakı vəziyyəti müzakirə edəcək. E. Makron bildirib ki, BMT-nin nəzarətində Kabildə təhlükəsiz zonanın yaradılması humanitar əməliyyatları davam etdirməyə də imkan yaradacaq.