Əfqanıstan Mərkəzi Bankı hesablardan pul çıxarmağa məhdudiyyət qoyub

Əfqanıstan Mərkəzi Bankı ölkədəki bütün banklara müştərilərin şəxsi hesablarından həftədə 200 ABŞ dolları (təxminən 2 min əfqan) məbləğində pul çıxarmağa limit tətbiq etmək barədə tapşırıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “The Khaama Press” agentliyi məlumat yayıb.

Qərarın müvəqqəti olduğu və ölkədəki maddi çətinliklər fonunda verildiyi qeyd edilir. Bundan əlavə, Mərkəzi Bank bütün bankları işlərini bərpa etməyə çağırıb, eyni zamanda şirkət sahiblərinə elektron köçürmələrin mümkünlüyünü xatırladıb.