Qazaxıstanda matəm elan olunub

Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş parlayış zamanı ölənlərlə bağlı avqustun 29-da ölkə ərazisində matəm elan olunub.

bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Twitter”də bildirib: “Bayzak rayonunda insanların ölümü ilə nəticələnən faciəli hadisə ilə əlaqədar olaraq 29 avqustu ümumxalq hüzn günü elan edirəm. Həlak olan hərbçilər və xilasedicilər əsl qəhrəmanlıq və fədakarlıq göstərdilər. Onlar xalqın yaddaşında əbədi olaraq qalacaqlar”.

Qeyd edək ki, avqustun 26-da axşam Jambil vilayətində mühəndis sursatının saxlandığı hərbi hissənin anbarında yanğın baş verib.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, ən azı 10 partlayış olub. 100-ə yaxın zərərçəkən xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 12 nəfər həlak olub.