Paşinyan: “Regionda sülhün bərqərar olması üçün Türkiyədən aldığımız müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik”

“Ermənistan regionda sülhün bərqərar olması üçün Türkiyə tərəfindən bəzi müsbət siqnallar alıb”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

 

“Biz bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik”, – deyə o bildirib.