Kabildə baş verən 6 partlayışda ölənlərin sayı 100 nəfəri keçib -VİDEO

ABŞ hərbçiləri də daxil olmaqla Kabil hava limanında baş verən partlayışlar zamanı həyatını itirənlərin ümumi sayı 100 nəfəri keçib.

Bu barədə “Wall Street Journal” Əfqanıstan Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb.

Bildirilib ki, ötən gün baş verən 6 partlayış nəticəsində 90 Əfqanıstan vətəndaşı, Pentaqonun məlumatına görə, 13 ABŞ hərbçisi vəfat edib.