Ağ Evin sözçüsü:”Amerikalılardan gözləntimiz terrorçuları təqib etməsi və öldürməyə hazır olmasdır “

“ABŞ Əfqanıstandakı terrorçulara “qətiyyətli cavab” verməli, siyasətbazlıqla məşğul olmamalıdır”.

LAF TV Cebhe.info-ya istinadən  xəbər verir ki, bu çağırışı Kabildə yüzdən çox insanın həyatına son qoyan hücumlardan sonra Ağ Evin sözçüsü Cen Psaki edib.

O, senator Lindsi Qrehamın Prezident Co Baydenin istefaya göndərilməsi təklifinə cavab olaraq, “Hər bir amerikalıdan gözləntimiz bizimlə çiyin-çiyinə dayanması və harada olsalar da, terrorçuları təqib etməsi, onlarla vuruşmağa və öldürməyə hazır olmasdır “,- deyib.

Xatırladaq ki, bəzi konqresmenlər və Respublikaçılar Partiyasının üzvləri Baydeni Kabil hava limanında Amerika hərbçilərinin ölümündə günahkar olduğunu bildib və istefaya çağırıb.

Psaki ABŞ səlahiyyətlilərinin “Taliban” terror hərəkatına (Rusiyada qadağandır) etibar etmədiyini və “taliblər”i dost hesab etmədiklərini də vurğulayıb:

“Ancaq Əfqanıstandan təxliyyəni təşkil etmək üçün “Taliban”la koordinasiya lazımdır və Kabildəki terror aktlarında iştirakları ilə bağlı hələ də heç bir məlumat yoxdur”.

Xatırladaq ki, avqustun 26 -da Kabildə hava limanının yaxınlığında törədilən terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürüb.