Azərbaycan Gorus-Qafan yolunu bağlayıb?

Ermənistanın sosial şəbəkələrində yayılan məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti və ombudsmanı təsdiqləyib.

Söhbət işğal dövründə Ermənistanın Azərbaycan ərazisindən çəkdiyi Qafan-Gorus avtomobil yolunun bağlanmasından gedir. 10 noyabr razılaşmasından sonra Azərbaycan tərəfi yolun ölkəmizin ərazisindən keçən 20.km-ə.yaxın hissəsindən ermənilərin istifadəsinə icazə vermişdi. Bu barədə Prezident İlham Əliyev də çıxışlarında məlumat verib.

Dünən axşamdan Azərbaycan sərhədçiləri hər iki tərəfdən yolu gediş-gəliş üçün bağlayıblar. Ermənistan Müdafiə Nazirliyi və Rusiya sərhədçilərinin iştirakı ilə aparılan danışıqlardan sonra Azərbaycan tərəfi yolda qalan maşınların çıxmasına icazə verib. Lakin yolu açmayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, 25 avqust gecə 23:00-da azərbaycanlılar Qafan-Gorus yolunun Karmrakar-Şurnux hissəsini bağlayıblar. Yolda qalan nəqliyyat vasitələri evakuasiya olunub. Yol hələ də bağlıdır. Danışıqlar gedir.

Ermənistanın ombudsmanı Arman Tatoyan isə dərhal özünü əraziyə çatdırıb. O, hadisə ilə bağlı beynəlxalq təşkilatlara məlumat göndərdiyini açıqlayıb.

 

Musavat.com