Xankəndi yaxınlığında güclü ardıcıl 4 partlayış olub

Azərbaycanın Xankəndi şəhəri yaxınlığında güclü partlayışlar olub.

 

LAF TV Modern.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə ardıcıl 4 partlayış baş verib.

 

Partlayışın şəhər yaxınlığında partlamamış sursatlar üçün nəzərdə tutulmuş poliqonda baş verdiyi bildirilir.