Ukraynanın sabiq prezidentinə hücum etdilər – üzünə “zelyonka” tökdülər

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyevin mərkəzində Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun üzünə brilyant yaşılı (“zelyonka”) tökən kişini yaxalayıblar.

LAF TV virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Klymenko Time Telegram-kanalı Poroşenkoya məxsus “Pryamoy” telekanalının əməkdaşı Taras Berezovtsa istinadən xəbər verib.

Videoda görünür ki, üzü və əlləri yaşıl olan Poroşenko polisə yaxınlaşıb və onların avtomobili ilə ərazidən uzaqlaşıb.

Qeyd edək ki, avqustun 24-də Kiyevin mərkəzi Maydanda Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş təntənəli hərbi parad keçirilib. Paradda Ukrayna Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Zelenski, keçmiş prezidentlər Leonid Kuçma, Viktor Yuşşenko, Pyotr Poroşenko və ölkənin digər rəsmi şəxsləri iştirak ediblər.