Məktəb direktorları valideynləri niyə şantaj edir? Təhsil nazirliyindən açıqlama

Azərbaycanın orta təhsil müəssisələrində valideynlərdən vaksin olunmalarına dair sübutları təqdim etmələrinə dair xəbərlər yayılır. Hətta konkret olaraq məktəblərin adları da çəkilir. Məsələn, Sumqayıt şəhər 22 nömrəli orta məktəb, Abşeron rayon  Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin sinif rəhbərləri valideynlərə ismarıc göndərirlər ki, mütləq vaksin olunmalarına dair sübutları votsap qruplarına atsınlar və bunu direktorun tələbi kimi əsaslandırırlar.Əks halda, uşaqları dərsə buraxılmaması ilə valideynlər şantaj edilir.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov LAFTV.az saytına açıqlamasında bildirib ki, təhsil naziri Emin Əmrullayevin belə bir göstərişi olmayıb: “Bizim əsas məqsədimiz ənənəvi təhsilə qayıdışı təmin etməkdir. Ənənəvi təhsilə qayıdış hamının arzusudur. Burda vaksinləşmə prosesinə cəlb olunma birmənalı olaraq təqdir olunan məsələdir. Valideynlərin vaksinasiyası təbii ki, yaxşı olardı. Amma belə bir göstəriş yoxdur”