KİV – Türkiyə Rusiya ilə yeni S-400 razılaşması imzalamayacaq

Türkiyə Rusiya ilə S-400 komplekslərinin ikinci batareyasının satışı barədə razılaşma imzalamağa hazır deyil.

 

LAF TV Axar.az- istinadən xəbər verir ki, bu məlumatı “The Middle East Eye” saytı öz mənbələrinə istinadən yayıb.

Mənbə Rusiyanın razılaşmanın imzalanacağı ilə bağlı yaydığı bəyanatın Türkiyə ilə ABŞ münasibətlərini pozmağa yönəldiyini bildirib. O, hazırkı məqamda danışıqların statusunun hələlik dəyişmədiyini söyləyib.

Qeyd edək ki, bundan öncə “Rosoboroneksport”un rəhbəri Türkiyə ilə Rusiya arasında S-400-lərlə bağlı razılaşmanın imzalanmaq ərəfəsində olduğunu açıqlamışdı.