“EROTİK GÖRÜNTÜLƏRLƏ TƏHDİD OLUNURAM” – Əli Həsənovdan şok açıqlama + FOTO

Prezidentin sabiq köməkçisi Əli Həsənov erotik videogörüntülərlə şantaj olunduğu haqda sensasiyalı açıqlama yayıb. 

O, bu barədə sosial şəbəkələrdəki hesablarında məlumat verib.

“Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır”, – Əli Həsənov yazıb.

Sabiq köməkçi onu erotik görüntülərlə təhdid edənlərdən birinin fotosunu da yayıb. “Fotoda gördüyünüz Fikrət adlı şəxs bu şəbəkə mafiyasının üzvüdür”, – Ə.Həsənov qeyd edib.

“AzPolitika”