Azərbaycanın baş pediatrı Erkin Rəhimov valideynlərə çağırış edib

“Azərbaycanda uşaqların xəstəliklərə qarşı peyvəndlənməsi pandemiya səbəbindən azalıb”.

 

LAF TV xəbər verir ki, bunu Baku Medical Plaza-nın Pediatriya və neonatologiya, yenidoğulmuşların reanimasiyası şöbələrinin müdiri uzman pediatr-neonatoloq, Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

 

“Valideynlərdən xahiş edirəm ki, uşaqların gecikdirilmiş peyvəndləri varsa, onları vurdursunlar. Uşaqların həyatını təhlükəyə atmasınlar və poliklinikalara getsinlər və peyvəndləri vurdursunlar”, – o bildirib.