ABŞ Rusiya ilə kosmik sahədə əməkdaşlıq etmək istəyir – NASA rəhbəri

ABŞ-ın aerokosmik agentliyi NASA-nın rəhbəri Bill Nelson Rusiyaya səfər etməyi planlaşdırır.

LAF TV “Report”-a istinadən  xəbər verir ki, B.Nelson bu barədə “RİA Novosti”yə müsahibəsi zamanı danışıb.

O, Rusiyaya səfərinin koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verən kimi reallaşacağını bildirib.

“Roskosmos”un baş direktoru Dmitri Roqozinlə görüşəcəyini deyən NASA rəhbəri görüşün Dubay şəhərində də baş tuta biləcəyini istisna etməyib.

B.Nelson ABŞ-ın Rusiya ilə kosmik sahədə əməkdaşlıq niyyətində olduğunu və D.Roqozinlə bu barədə müzakirələr aparacağını da qeyd edib.