Ukrayna təyyarəsi Əfqanıstandan İrana qaçırılıb

 

Ötən həftə Əfqanıstanda Ukraynaya məxsus təyyarə qaçırılıb.

Bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeniy Yenin İctimai radioya açıqlamasında bildirib.

Onun sözlərinə görə, təyyarə ilə Əfqanıstandan ukraynalıların təxliyəsi planlaşdırılıb, lakin hava gəmisi naməlum şəxslər tərəfindən ələ keçirilərək İrana göndərilib. Təyyarənin içərisində isə ukraynalıların əvəzinə naməlum sərnişinlər olub.

“Bizim təyyarə başqa insanlar tərəfindən ələ keçirilib. Ötən çərşənbə axşamı bizim təyyarəni faktiki olaraq oğurlayıblar. İrana uçan təyyarənin göyərtəsində naməlum sərnişinlər olub”, – deyə nazir müavini vurğulayıb.

Lakin nazir müavini insidentin necə nəticələndiyini açıqlamayıb.

Y. Yenin qeyd edib ki, onların Ukrayna vətəndaşlarının Əfqanıstandan təxliyəsi ilə bağlı növbəti üç cəhdi uğursuz olub, çünki vətəndaşlar aeroportun ərazisinə daxil olmağa müvəffəq olmayıblar.

Bazar ertəsi axşam göyərtəsində 98 sərnişin olan təyyarə Ukraynaya eniş edib. Sərnişinlərin arasında 41 Ukrayna vətəndaşı olub.