Pentaqon: “Qüvvələrimizin avqustun 31-dək Əfqanıstandan çıxarılmasına dair planda dəyişiklik yoxdur”

ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxması üçün son tarix kimi müəyyən olunmuş 31 avqustda hər hansı dəyişiklik yoxdur.

APA-nın məlumatına görə, bu barədə Pentraqondan bildiriblər.

“ABŞ hərbi qüvvələrinin avqustun 31-dək Əfqanıstandan çıxarılmasına dair planda bir dəyişiklik yoxdur”, – deyə Pentaqonun aşıqlamasında bildirilir.

Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı da ABŞ hərbi qüvvələrinin avqustun 31-dək ölkəni tərk etməli olduğu barədə bəyanatını bu gün yenidən təkrarlayıb.