Mövlud Çavuşoğlu: “Əfqanıstandan 1 404 nəfəri təxliyə etmişik”

“Türkiyə Əfqanıstandan 1 404 nəfəri təxliyə edib”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uruqvaylı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, evakuasiya olunanlardan 1 061 nəfəri Türkiyə vətəndaşıdır.

“Hazırda 200 vətəndaşımız Əfqanıstandan qayıtmaq istəyindədir. 4 500 vətəndaşımız Əfqanıstandadır. Önəmli hissəsi qayıtmaq istəmədiyini bildirib”, – o qeyd edib.