MN: “Azərbaycan Ordusunun mövqeləri Kəlbəcər istiqamətində atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.