Ağ Ev: “ABŞ hər gün “Taliban”la danışıqlar aparır”

 

ABŞ “Taliban” hərəkatı ilə hər gün hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan deyib.

“Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə “Taliban”la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələrin qorunması üçün təfərrüatlara getmək istəməzdim”, – deyə Sallivan Ağ Evdəki brifinqdə bildirib.

O, əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar amerikalıların, onların yerli sakinlərdən olan müttəfiqlərinin və üçüncü ölkə vətəndaşlarının 31 avqusta qədər təxliyəsini başa çatdırmaq imkanına malikdir.