“Taliban” qruplaşması Əfqanıstanda Konstitusiya Komitəsi yaradacaq

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ölkədə Konstitusiya Komitəsi yaradacaq.

LAF TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, yeni konstitusiyanın hazırlanması məqsədilə Əfqanıstanda “Taliban” tərəfindən Konstitusiya Komitəsi yaradılacaq.

Həmçinin Pəncşirdə Əfqanıstanın birinci vitse-prezidenti Əmənulla Saleh və “Taliblər” arasında danışıqlar aparıldığı qeyd edilib.