Rusiya İrana silah satışı ilə bağlı dialoq aparır

Rusiya və İran BMT-nin silah embarqosunun ləğvindən sonra hərbi təyinatlı məhsullarla bağlı dialoq aparır.
LAF TV Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.
“İranla hərbi-texniki əməkdaşlıq 50 ildən çoxdur mövcuddur. O, Rusiyanın silah ticarəti sferasındakı beynəlxalq öhdəliklərə sərt əməl etməsiylə inkişaf edir”, – deyə o bildirib.