Qarabağda 50 metrlik Rusiya bayrağı ucaldı

İlk dəfə olaraq Dağlıq Qarabağda Rusiyanın 50 metrlik bayrağı ucaldı

 Bununla bağlı Rusiya Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər il  avqustun 22-də Rusiya bazasında  Rusiya Federasiyasının Dövlət Bayrağı Günü qeyd edilir. Bu münasibətlə  rus sülhməramlılarının Qarabağda yerləşən hissəsində bayram tədbiri keçirilib. Mərasimdə sülhməramlı kontingentin hərbi qulluqçuları və könüllülər iştirak ediblər.  Rusiya sülhməramlı dəstəsinin komandir müavini general-mayor Oleq Yeqorov,  Biz Birik ”layihəsinin rəhbəri Armen Gülnazarov çıxış edərək rus sülhməramlı hərbiçiləri təbrik edib

Xatırladaq ki, Rusiya Federasiyasının bayrağı sülhməramlı kontingentin daimi yerləşdirilən nöqtəsindədir və  hündürlüyü 50 metr, eni 5 metrdir.