Mədəniyyət Nazirliyi kino-teatr salonlarının açılması üçün Operativ Qərargaha müraciət edib

Mədəniyyət Nazirliyi Kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

 

Teatrlar və konsert zalları nə zaman açılacaq? Son günlər aktual olan suallardır. Bir qrup incəsənət nümayəndəsi sosial media hesablarında paylaşımlar edərək mədəniyyət ocaqlarının açılması üçün müraciətlər də etməyə başlayıb. Elə teatrallar və musiqisevərlər də xoş xəbər gözləyirlər.

 

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə LAF TV-yə bildirib ki,Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər: “Nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb.

Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcəkdir.

Ümid edirik ki, epidemioloji vəziyyət stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”.