Jirinovski 2030-cu ilə qədər siyasi proqnozlarını irəli sürüb -“İran Azərbaycanı” dövləti yaranacaq

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski 2030-cu ilə qədər Yaxın Şərqin siyasi xəritəsinə dair proqnozlarını irəli sürüb.

 

LAF TV Yenisbah.az-a istinadən xəbər verir ki, Jirinovski deyib:

 

“Pakistan Əfqanıstanla birləşəcək və vahid Puştunustan dövləti yaradılacaq. Puştun olmayan bütün digər xalqlar qərbə, Orta Asiyaya doğru itələnəcəklər. Həzəralar (başqa bir Əfqanıstan xalqı – red.) məzhəbdaşlarının yaşadıqları İrana qaçmaq məcburiyyətində qalacaqlar.

Ancaq o vaxta qədər İranın özü məhv ola bilər. İran əleyhinə qüvvələr onun yerinə ayrıca İran Azərbaycanı, Fars Ölkəsi, Türkmənistan və Bəlucistan yaratmağa çalışacaqlar. Ölkənin bölünməsi nəticəsində şimala – Qafqaza və Türkmənistana qaçan çox sayda qaçqın meydana çıxacaq. Xüsusilə, İran türkmənləri Orta Asiyada türkmənlərlə bir araya gəlməyə çalışacaqlar və bunun əsasında münaqişələr mümkündür.

Türkiyədə, ABŞ -ın dəstəyi ilə, Türkiyə, Suriya, İran və İraqlı kürdlər – onların sayı təxminən 40 milyon nəfərdir – əsasında paytaxtı Diyarbəkirdə yeni bir Kürdüstan dövləti yaradılacaq. Bununla Türkiyənin bölünməsinə başlanacaq. Sonradan Avropa Ermənistana hələ də Türkiyənin bir hissəsi olan Qərbi Ermənistan torpaqlarını qaytarmağa kömək edəcək, Yunanıstan Kipri azad edəcək və İzmirə iddia edəcək. Bolqarıstan Trakiyanı geri qaytarmağa çalışacaq.

İraqda sünnilər yenidən hakimiyyətə qayıdacaq və ölkənin şimalında, paytaxt Bağdadda hakimiyyəti bərpa edəcək və cənub hissəsi paytaxtı Bəsrədə yeni bir şiə-ərəb dövlətinin əsasını qoyulacaq.

Bu dəyişikliklərin əsas faydalananı bu kiçik, parçalanmış dövlətlərə hakim olacaq İsrail olacaq.

Əfqanıstan, İran və Türkiyədən çox sayda qaçqın Cənubi Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan da daxil olmaqla, bütün Orta Asiyada uzun sürən vətəndaş müharibəsinə səbəb olacaq. Daha şimala qaçacaq öz qaçqınları olacaq. Amma Rusiya heç kimə nə öz ərazisinə, nə də ərazisi ilə Qərbə, Avropaya girməsinə icazə verməyəcək.

Nəticədə, uzun sürən vətəndaş müharibəsindən sonra, 2030-cu ilə qədər, Mərkəzi Asiya respublikalarının liderləri təhlükəsizliyi təmin etmək üçün öz ərazilərini Rusiyaya birləşdirilməsini istəyəcəklər. Rusiya-Pustunustan sərhədinin bir tərəfdən Əfqanıstan, digər tərəfdən Tacikistan, Özbəkistan və Türkmənistan arasındakı mövcud sərhəd boyunca keçməsini istəyəcəklər.

Amma Rusiya gözləmə mövqeyi tutacaq. Bir tərəfdən, Bəlucistan, İran Azərbaycan, Fars Ölkəsi və Kürdüstan kimi yeni dövlətləri tanıyacağıq. Ermənistanın qərb torpaqlarına qayıtması, Kiprin azad edilməsi və Trakiyanın Bolqarıstana birləşdirilməsi ehtimalı ilə də razıyıq. Ancaq digər tərəfdən, Orta Asiya respublikalarını dövlətimizin tərkibinə qəbul edə bilməyəcəyik, çünki bu, bərbad bir iqtisadiyyat, çoxlu qaçqınlar, müharibədən keçən çox qəzəbli, ac insanlardır. Rusiya yalnız bu respublikalarla ticarət və iqtisadi əlaqələri gücləndirməyə gedəcək və Orta Asiyanın bütün ənənəvi mallarını: meyvə, tərəvəz, bostan, yun, mal-qara, ət, pambıq və Orta Asiyada bol olan hər şeyi alacaq və ticarət bu respublikalarda əhalinin həyat səviyyəsini qorumaq üçün lazımi gəliri təmin edəcək”.