İsrail baş naziri Naftali Bennett Co Baydenlə İranı müzakirə etmək üçün AĞ Evə gedir

İsrailin Baş naziri Naftali Bennett ABŞ Prezidenti Co Baydenə İranın nüvə işini dayandırmaqla bağlı planını təqdim edəcəyini açıqlayıb.

LAF TV verir ki, Bennett Nazirlər Kabinetinin həftəlik iclasından əvvəl Ağ Evdə Baydenlə müzakirə edəcəyi məsələlər barədə açıqlama verib.

“Prezident Baydenə deməliyəm ki, iranlıları dayandırmağın vaxtı gəlib. Müddəti bitmiş nüvə razılaşmasına yenidən girmək lazım deyil”, – baş nazir deyib.

Koronavirusla əlaqədar məhdud bir heyətlə Vaşinqtona gedəcəyini bildirən Bennett İranın kritik bir nöqtədə olduğunu və bu səbəbdən də səfərin vacibliyini vurğulayıb.

Qeyd edək ki, avqustun 26-da Ağ Evdə İsrail Baş naziri Naftali Bennett və ABŞ Prezidenti Co Bayden arasında keçiriləcək görüşün əsas gündəm maddəsinin İran olacağı gözlənilir.